Enerji bombaları

Hər kəs sağlam qidalanmaq istəyir, amma həm də şirin, dadlı şeylər də yemək istəyir 🙂 Və çoxumuzda belə bir alqı var ki, sanki sağlam yeməklər, şirniyyatlar dadsız olar. Amma bunun belə olmadığını son illərdə hamımız öyrənmişik. Mən də qarşıma çıxdıqca, ağlıma gəldikcə sağlam reseptləri yoxlayıram və bəyəndiklərimi bacardıqca paylaşmağı planlayıram. Eyni zamanda reseptlərimin çoxusu asan hazırlanan reseptlərdir.

Bu enerji bombalarına isə 4-5 ərzaq və bir də doğrayıcı lazımdır sadəcə 🙂

Tərkibində işlənmiş şəkər yoxdur amma dadı şip-şirindir 🙂

 

Əsas lazım olanlar xurma və qurudulmuş kokos dənələridir. 7-8 ədəd iri xurmaları isti suda azca yumuşalsın deyə saxlayırıq, daha sonra xurmaları və 1 stəkan kokosu, xurmaları qoyduğumuz sudan 1 yemək qaşığını birlikdə doğrayıcıda keçiririk 🙂 Sadəcə bu belə yetər. Amma əgər istəsəniz içinə əlavə olaraq limon qabığından kiçik bir hissəni xırda-xırda doğrayıb əlavə edə bilərsiniz. Və ya varsa yarım çay qaşığı kokok yağı da əlavə edə bilərsiniz. Daha sonra bu “xəmiri” əlimizlə yumru toplar halına gətirib soyuducuda bərkiməsi üçün 15-20 dəqiqə saxlayırıq. Üzərinə isə şokalad sevirsinizsə 90%+ qara şokaladı yarım çay qaşığı kokos yağı (vacib deyil) ilə birlikdə buxarda əridib, soyuducudan bərkimiş halda çıxardığımız topların üzərinə əlavə edirik. Daha sonra yenidən soyuducuda 15-20 dəqiqə saxladıqdan sonra hazırdır 🙂

P.S zamanla istədiyiniz inqridientləri zövqə görə “xəmirinizə” əlavə edə bilərsiniz. Mən bəzən cocoa nibs, bəzən limon qabığı, bəzən azca qoz ya fındıq, bəzən bunları müxtəlif kombinasiyalarda əlavə edirəm.

P.S.S Resept mənim deyil!

Dadı çooox gözəldir. Nuş olsun!

Salam. Adım Qənirədir və bu blogun adminiyəm. Hal-hazırda Şotlandiyada yaşayan azərbaycanlı bir həkiməm. Möcüzələrlə dolu həyat yaşayıram və sizlərlə təcrübələrimi bölüşmək üçün səbirsizlənirəm!

Bir cavab yazın