Uelsdəki ilk günümüz

 10 günlük UK səyahətimizdə ilk dəfə Uelsə də getdim. Bu ölkənin də özünəməxsus abu-havası var idi və mən çox sevdim. Hər yerdə yazıların 2 dildə olmasına baxmayaraq (İngilis və Uels), amma mən heç Uels dilində danışıq eşitmədim, amma yerli əhalinin dediyinə görə öz aralarında öz dillərində danışırlar. İlk gün Couchsurfingdən tapdığımız evə getdik. Biz o evdə 1 gün qalmağı planlamışdıq, amma ev sahibi bizə daha çox qalmağı təklif edəndə biz də 2 gün qalmağa razılaşdıq. Evimiz meşənin içində villa idi, ilk dəfə idi ki UK-də villada qalırdıq. Ev çooox gözəl idi, bizim xəyallarımızdakı evə çox yaxın idi, amma evdə it ya pişik çatışmırdı 🙂 O gecəni ev sahibimizlə çoox uzun uzun söhbət etdik, birlikdə şam yeməyi yedik. O qədər yeni şeylər öyrəndim ki… Həyatımıza girən yeni insanları ciddiyə almalıyıq məncə, bizə nələr qata biləcəklərini bilə bilmərik. Ev sahibimiz həkim idi və başımıza gələn ilk macəramızı bir həkimin evində yaşadığımız üçün çox şanslı olmalıyıq 🙂 O günün səhəri Nicatın güclü diş ağrısı ilə oyandıq. Səyahətdəyik və həftəsonudur, həm də UK-dəyik 🙂 Həm tanıdığımız həkim yoxdur burda, həm həftəsonu həkim tapmaq böyük problemdir, həm də burda dentist qəbulu çox bahadır. Amma dediyim kimi bir həkimin evində idik. Tez ora-bura, hər yerə zəng etdi və bir dentisi istirahətindən edib klinikaya bizim üçün gəlməsinə səbəb oldu. Hər şey təmənnasız həll olundu. O dişin ağrısı keçməsəydi o 10 günlük səyahətimiz nə olardı, təsəvvür belə edə bilmirəm 🙂 Amma o diş sırf bizim bir həkimin evində olduğumuz gün deyil də 2 gün sonra olmuş olsaydı bu qədər asan həll edə bilməyəcəkdik. Bu hadisəni heç vaxt unutmmaq istəmədiyim üçün yazdım bu qədər 🙂 İndi isə keçim gəzdiyimiz yerlərin gözəlliyinə. Daha çox icazə verəcəm şəkillər danışsın, mən yox 🙂

Conwy Castle

 

Couchsurfing evimiz

 

O gün Manchesterdən dostlarımız da gəlmişdi həftəsonu birlikdə gəzəcəkdik. Elə də oldu, Calwyn Castle -ın (Kolvin Qalası) ətrafını gəzdik. Colwyn Bay inanılmaz gözəl şəhərdir. Təbiəti, tarixi, küçələri, dənizi və s. Nə istəsən var şəhərdə 🙂 Biz də 2 gün həftəsonunu Calwyn Bay-i və Snowdonianı gəzdik deməyim də, ayaqlarımız qırılana qədər gəzdik, həzz aldıq təbiətindən, küçələrindən, hər şeyindən 🙂 Aktiv səyahəti çox sevirəm, məncə həyatı 100% yaşadığım anlar aktiv səyahət etdiyim anlardır 🙂

The Smallest House in Great Britain

Bu isə Böyük Britaniyadakı ən kiçik evdir 🙂

Artıq gec olduğu üçün qalanın içinə girə bilmədik, bağlanırdı. Sabahı gün girəcəkdik 🙂 İndi isə yola düşdük şəhərdən gəzə-gəzə Shallow Falls şəlaləsinə doğru. Bu isə Snowdonia-dakı ilk “hike-mız” idi 🙂

Snowdonia Uelsin “National Park”ıdır. UK-də milli parklar bizim bildiyimiz parklar kimi deyil. Çox böyük ərazilərdir, amma qoruma altına alınıb. Yenə də o ərazilərdə yaşayanlar var, amma o ərazilərdə ev tikmək və s icazə ilədir və hər ürəyin istədiyini edə bilmərsən o ərazilərdə. Biz bacardığımız qədər UK-dəki National Parkları gəzirik. İnanılmaz gözəlliklər qarşımıza çıxır bu yerlərdə həmişə.

Meşə, şəlalə, təbiət, o gözəllik, üstünə də sizin kimi “hike” etməyi sevən dostlar. Çox əyləncəli keçdi.

 

 

Bu gözəlliyin içində təxminən 2 saat gəzdik 🙂 Daha sonra artıq axşam düşmüşdü, həm yorğun idik, həm ac idik. Necə geri qayıdacaqdıq? Ağlımıza avtostop çəkmək gəldi. Hər keçən saxlamasa da, bir maşın saxladı. 2 nəfər rumuniyalı və əyləncəli insanlar idi, 15-20 dəqiqəlik qısa zaman ərzində tanımadığımız adamlarla deyib-gülməyin də həzzini yaşadıq. Axı həyat sadəcə kiçik-kiçik anlardan ibarətdir, bacardığımız qədər daha çox saniyələrə yerləşdirməli deyilmiyik həzz aldığımız anlarımızı?

Xoşbəxtlik tam olaraq kim nəyə deyir bilmirəm, amma mənim üçün xoşbəxtlik anlardan ibarətdir… Doya-doya yaşadığım o anlar… Geriyə qalan standart yaşamdakı duyğunu tam olaraq xoşbəxtlik deyil də, türkcədən tatmin olmaq sözü ilə eyniləşdirə bilirəm. Və səyahət, gəzmək, xüsusilə təbiət gəzintiləri məni tam olaraq xoşbəxt hiss etdirən şeylərdir…

Snowdoniadakı 2-ci günü növbəti postda paylaşacam 🙂

Bura qədər oxuduğunuz üçün təşəkkür edirəm! 🙂

Avtostop
Avtostop çəkdiyimiz o an 🙂

Salam. Adım Qənirədir və bu blogun adminiyəm. Hal-hazırda Şotlandiyada yaşayan azərbaycanlı bir həkiməm. Möcüzələrlə dolu həyat yaşayıram və sizlərlə təcrübələrimi bölüşmək üçün səbirsizlənirəm!

Bir cavab yazın