Bəlkə bir gün

Çox dibdə olduğum zamanlarda, heç kəsin və heç nəyin kömək etmədiyi zamanlarda, həyat qarşıma mənə kömək edəcək bir dost çıxarır. Həmişə bu dost bir kitab olurdu (Kimyagər, Kiçik prens və Şantaram olub indiyə kimi bu dostlar), ilk dəfə isə bir film oldu. “Anne with an E”. Anne mənə əlini uzadıb bu  dəfəki dibə vuruşumda məni o dibdən çıxardı. Dostum və ilham mənbəyim oldu, təmtək hiss etdiyim anımda sanki məni anlayırdı, onda biraz özümü, biraz həyatdakı duruşumu tapmışdım. Anne həm də ən sevimli ölkəm olan Şotlandiyadan  anasız, atasız bir qız idi, övladlığa götürüldüyü ailəsi tərəfindən böyüdülürdü. Verdiyi mübarizə ilhamım oldu, unutduğum ən böyük arzularımdan birini xatırlatdı mənə Anne, ilham verdi hər dəfə yenidən ayağa qalxmaq üçün. Kim bilir bəlkə də bir gün övladlığa götürəcəyim qızımın da adı Anne olacaq, o da Şotland olacaq və ömürlük ilham mənbəyim olacaq 🙂

Heç gerçəkləşməyəcək arzu kimi görsənir amma, kim bilir 🙂 Bəlkə bir gün bu yazdıqlarımı onunla birlikdə oxuyub gülümsəyib, şükür edəcəyik 🙂

Çox çox böyük xəyallar qurmağı da Anne xatırlatdı mənə, bəlkə qızımı da hər gördüyümdə hər saniyə böyük xəyalımın gerçək dünyada var oluşundan ilhamlanıb, hər saniyə daha böyük xəyallar qurub və yenidən və yenidən onların gerçək dediyimiz dünyadakı yansımasını görərəm. Kim bilir?

Bəlkə hər dibə vurduğumda daha böyük xəyalla çıxaram içindən və hər dəfəsində son dəfə dibdən çıxdığım xəyalın gerçəkliyini yadıma salıb, növbəti dibə vuruşumda hansı böyük xəyalımın gerçəkliyini yaşayacam deyə həyəcanlanaram…. Növbəti dibə vuruşumu həyəcanla gözləyəcəm yenə.

Bu an bu dəqiqə hiss etdiyim “xoşbəxtlik” duyğusunun ucu bucağı yoxdur, amma hardasa son bir neçə həftədə hissetdiyim “dəhşətli dərəcədə kədərli” hissinin də ucu-bucağı yox idi.  Bu hisslərin hamısına ehtiyacım var, məni mən edən hislərim, mənə məni xatırladan hislərimdir onlar. Və hər biri mənə məni qaytaran hisslərimdir.

Filmdə Anne-in özü üçün “most unusual” deməsini xatırladım, bu yazdıqlarımı oxusaydı yəqin ki mənə verərdi bu titulu 🙂

Filmin ən acınacaqlı tərəflərindən biri isə Kanadada qadınların 1890-cı illərdə yaşadıqlarını, biz Azərbaycanda 2020-ci ildə hələ də yaşayırıq 🙂

 

Salam. Adım Qənirədir və bu blogun adminiyəm. Hal-hazırda Şotlandiyada yaşayan azərbaycanlı bir həkiməm. Möcüzələrlə dolu həyat yaşayıram və sizlərlə təcrübələrimi bölüşmək üçün səbirsizlənirəm!

Bir cavab yazın