20210801_185412 2.jpg

Dünyadakı ən böyük at heykəlinin Şotlandiyada olduğunu bilirdiniz? Kelpilər Falkirk adlı qəsəbənin çoxlu turist cəlbetmə səbəbidir və 30 metr hündürlükdə olmaqla ən böyük at heykəli sayılırlar. Atların qəhramanı Şotland heykəltəraş Andy Scottdur və Şotland mifindəki su ruhları olan Kelpilərdən ilhamlanıb. Miflər və simbollar mənə çox maraqlı olduğu üçün Kelpilərlə tanış olmaq məni çox sevindirmişdi. Simbolların özünün ifadə etdiyi mənadan da öncə məndə oyandırdığı düşüncələri də sevirəm. Mənalarını araşdırmazdan öncə mənə nə ifadə etdiklərin düşündüm. Atları çox sevirəm, çox gözəl heyvanlardır. Mənə gözəllik və gücün birlikdə, bir-birinin içinə girmiş halını simbolizə edirlər. Yazı stolumun üzərində də qızılı rəngli at heykəli dayanır, məni ilhamlandırır. Mənim üçün at güc deməkdir, dayanıqlılıq deməkdir. Amma o güc yıxıb-dağıtmaqdan deyil, güc əzmdən, ruhun əsalətindən və cazibəsindən gəlir. Araşdırdığımda isə Şotland miflərindəki Kelpilər o qədər də sevilən qəhrəmanlar deyil, qorxulu qəhrəmanlar olduğunu öyrəndim. Şotlandiya gölləri, suları ilə çox məşhurdur. İstifadə etdikləri çox az Şotland dilində söz qalıb onlardan biri də "Loch", yəni göl sözüdür. Burada heç yerdə İngilis dilində olan Lake sözünü görməzsiniz. Bu Lochlar yerli xalq üçün çox əhəmiyyətli olduğundan, sehrli sular sayılır və ətrafında çox xalq dastanları yaranıb, Kelpilər də Lochlarda yaşayan su ruhlarıdır. Mifə görə bu ruhlar at və insan formasına keçə bilirlər (Transformating beasts) və gecələr "Lochun" yanından keçən insanları yeyirlərmiş. Təbii ki haqqında çoxlu hekayələr yaranıb, danışılıb, dəyişilib və s. Hal-hazırda yerli xalq bu hekayələri uşaqlara danışmaqla onların tək-başına su olan yerlərdə, Lochlarda oynamaqdan çəkindirdiklərini düşünürlər və bəlkə də bu məqsədlə bu mifin yarandığını düşünürlər.

20210801_191149.jpg

Andy Scott isə Kelpilər əsərilə Şotlandiyanın dəyişilən və güclənən ekonomiyasını, landşaftını, inkişafını simbolizə etdiyini vurğulayıb. Çünki bu mifik Kelpilər 100 at gücünə sahib olan və dəyişəbilən varlıqlardır.

20210801_191246.JPG

Kelpilər Falkirkdə Heliks parkında yerləşirlər və həqiqətən o əzəmətli varlıqları görməyə dəyər deyə düşünürəm. İl ərzində 5 milyon turistin gəlməyinə səbəb olurmuş, bundan əlavə də Falkirkdə "Callendar House", "Falkirk Wheel" kimi gəzib, görməkdən zövq alınacaq yerlər var.

Şotlandiyada gördüyüm ən maraqlı şeylərdən biri də Falkirk çarxıdır. Falkirk wheel adlanan bu çarx 2 kanalı bir birilə birləşdirən dünyadakı yeganə fırlanaraq qayıqları qaldıran çarxdır. Forth və Clyde kanalını Union kanalı ilə birləşdirir və 21-ci əsrin möhtəşəm sənaye-incəsənət nümunəsi sayılır. Bu çarx 2002-ci ildə şahzadə tərəfindən açılıb və çox sevilən turist atraksiyonlarından da biridir. Çarxa qayıqla minib fırlanaraq qalxmaq mümkündür amma biletlər çox tez tükənir, həftələr öncəsindən bilet almaq mütləqdir. Çarxa minməyə bilet tapılmasa belə gedib görmək və ətrafındakı parkı kəşf etmək pulsuzdur :)

IMG_6785.JPG

IMG_6783.JPG

Callendar house isə bir digər görməli yerdir Falkirkdə. 2000 il əvvəl Romanlar tərəfindən tikilmiş bu şatonun Britaniya tarixində çox böyük rolu var, Şotlandların şahzadəsi Mary-dən tutmuş bir çox tarixi şəxslərin yaşamış olduğu şatolardan biridir. Hal-hazırda muzey kimi fəaliyyət göstərir və əgər siz bir Outlander fanısınızsa buranı çox sevəcəksiniz, Outlanderdəki bəzi səhnələr bu muzeydə çəkilib, xüsusilə də mətbəxində :) Bu evlə bağlı mənə ən maraqlı gələn faktlardan biri də sonralar bu evi məşhur və zəngin Forbes ailəsinin almış olması və buranı yenidən fransız stilində təmir edib, bir fransız şatosuna çevirməsidir. Lakin 1963-cü ildə Falkirk bələdiyyəsi məcburi şəkildə bu evi onlardan alaraq xalqa açıq tarixi əsər, muzey kimi fəalliyət göstərməsinə qərar vermişdir. Callendar parkında həm də William Forbesin artıq sınıq-sökük hala gəlmiş qəbrini də görmək olar.

20210801_152718 2.jpg

IMG_6732.jpg

Muzeyin arxitekturasından da, rəsm əsərləri olan bölməsindəki pişik rəsmlərindən də zövq aldıq.

20210801_152855.JPG

Arxadakı məndən daha qəşəng poz verən qaqaşlara diqqət :)

20210801_152902.JPG

20210801_154235.JPG

IMG_6735.JPG

IMG_6758.JPG

IMG_6759.JPG IMG_6741.JPG IMG_6745.JPG IMG_6760.JPG IMG_6765.JPG

Birdə Falkirkə getmişkən Falkirk tunelinə də getmək maraqlı olar :)

IMG_6780.JPG

20210801_174201.JPG


By Ganira Ahmadova