10 günlük UK səyahətimiz

10 günlük UK səyahətimiz

Səyahət


Səyahətimizə Mançesterdən başladıq. Bunun məqsədi mənim tibbi imtahanım idi. Əslində ən başdan belə uzun səyahət planımız yox idi. Sadəcə 2-3 günlük gedib imtahanı verib, dostlarımızla görüşüb gələcəkdik. Sonra bir gün Rammsteinin Avropa turuna baxdım, elə bilirdim UK-ə gəlmir. Yenə öz-özümə deyinirdim yaxşı şeylər həmişə Avropada olur, burda olmazdı. Və tadaa UK-də sadəcə 1 konserti vardı, 6 iyul Milton Keynes stadionunda. Milton Keynes hara idi onu bele bilmirdik. Xəritədə baxdıq Londonun yaxınlığında bir qəsəbə imiş. Sevgilimlə eyforiyada idik heçnə düşünə bilmirdik, bu konserti çox istəyirdik. Biletin qiymətinə bir baxırıq bir içimizdəki istəyə. Dedik birdə bu fürsət elə keçməz və aldıq biletləri. Biletləri alandan sonra dedik aha indi biz ora necə gedək. Glasgow Milton Keynes qatar biletlərinin qiyməti kəllə çarxdı, yol çox uzundu. 1-2 gün qaldıq fikirləşə-fikirləşə :) Dedik ən pis halda bileti satarıq getmərik, eyni zamanda da çooox getmək istəyirik. Bir gün təqvimə baxdım, düşündüm ki, 26 iyun Manchestere gedib 30 iyun qayıdıb, təzədən 5 gün sonra Milton Keynesə getmək bizi həm çox yorar, həm də çox boşuna vaxt itirmiş olarıq. İmtahandan sonra da 1 həftə UK turu edib, uzun zamandır getmək istədiyimiz yerlərə gedib səyahətimizi də Rammsteinlə sonlandıraq. Nicatın da fikir çox xoşuna gəldi. Daha məntiqli idi beləsi. Həm mən neçə vaxtdır dərs oxuyuram, bir az istirahət edib şarj olaram, Nicat da işləyir, onun da istirahətə ehtiyacı vardı. Amma başqa ölkələrə gedəcək, təyyarə bileti alacaq qədər də pulumuz yox idi. Eyni zamanda gedəcəyimiz yerlərdə də çox şəhərə gedəcəyik deyə ən effektiv yolları düşünüb, nə qədər daha az pul xərcləyərək istədiyimiz tətili edə bilərik deyə planlar qurduq. Tadaa :) Və istədiyimiz tətili ən ən yaxşı şəkildə etdik. Nələr etdik?

İlk öncə maşınla gedirdik və uzun yol maşında insanı yorur, təbii ki evdə nə meyvə yemək varsa özümüzlə götürdük, səyahət etdiyimiz yollarda yedik. Səyahət üçün kofe fincanlarımızı da həm öz evimizdən çıxanda, həm getdiyimiz yerlərdəki evlərdən çıxanda kofemizi hazırlayıb özümüzlə yola götürdük, eynilə də suyumuzu. Bu artıq küçədə kofe, yemək və s. almadıq demək deyil. Sadəcə daha az aldıq, eyni zamanda kofe qablarımızı kofe şoplarda təqdim edib onun içində kofemizi istəyəndə həm endirim olur bizə, həm də təbiətə çox kiçik də olsa xeyrimiz dəyir.

Daha sonra uzun maşın yolunda səsli kitab dinlədik. Gedəndə İlber Ortaylının "Bir ömür nasıl yaşanır" kitabını, qayıdanda isə Pasif direnişin sembölü Mahatma Gandhi kitabını dinlədik. Bu 2 kitab həqiqətən də bizi yorulmağa qoymadı, həm də yolda vaxt itirmiş olmadıq. Çox şey öyrəndik, düşündük, həm qulaq asa asa bəzən dayandırıb uzun yolda bir-birimizlə kitab haqqında uzun müzakirələr etdik, çox ilhamlandıq. Arada başqa kitablara da qulaq asmağa cəhd etdik, amma bəziləri yolda qulaq asa biləcəyimiz kimi deyildi, ona görə heç vaxt zorlamadıq. Bir az yoxlayandan sonra qulaq asa bilmirdiksə dəyişirdik və nəticədə sadəcə 2 kitabı bitirə bildik. Bu bizdə ilk idi, amma ikimiz də çox bəyəndik, bundan sonra uzun yollara kitablar taparaq çıxacaqdıq. Həm də yolda bir neçə kitab yoxladığımız üçün biz yolda nəyə qulaq asa biliriki anladıq. Deməli bədii əsərlərə, içində çoxlu peyzaj olan əsərlərə qulaq asa bilmirik, çünki yuxulayırdıq, fikrimizi toplaya bilmirdik. Ancaq bioqrafik, real məlumatlar verən, tarixi kitablara qulaq asa bilirik və həmişə də yola çıxanda bu kitabları axtaracağıq. Digər bədii əsərləri kitab olaraq evdə və s olanda oxuyacağıq.

Daha sonra isə o qədər şəhərlərdə qalmaq məsələsi. Manchesterdə və Northwich-də dostlarımız olduğu üçün 2 gün onların evində qalıb, səyahətimizin qalan şəhərləri üçün ev axtarmağa başladıq. Gedəcəyimiz bütün şəhərləri və neçə gün qalacağımızı planlamışdıq. Mən hər şəhərdəki qonaq qəbul edən couchsurfer-lərə yazdım. Sadəcə ilk getdiyimiz şəhər Uelsin Colwyn Bay şəhərində bir nəfər bizi qəbul etdi. Ondan 1 gün istəmişdik, o isə bizə yox daha çox qalın deyəndə 2 gün qaldıq. Digər şəhərlərdəki couchsurferlər qəbul etmədilər və kainat yenə də "perfect" işləyir. Çünki evində qaldığımız insan həkim idi. Həm mənə bir az ümid verdi, həm də onun evində qalanda Nİcatın dəhşətli diş ağrısı başladı. Gecəni yata bilmədi, səhər bizim doktor ona həkim tapdı birtəhər. Bu ölkədə dentist qəbulu çooox bahadır, eyni zamanda şənbə günü dentist tapmaq möcüzədir. Amma bizim doktor dentisti istirahətindən edib bizə görə klinikaya gəlməsinə, eyni zamanda pulsuz müayinə və müalicə etməsinə səbəb oldu. Əgər o diş o gün yox başqa gün ağrısaydı, çox çətinlliklər çəkəcəkdik. Və bizi 1 nəfər o həkim qəbul etməyib digər 4-5 şəhərdəki couchsurferlər qəbul etsəydi, yenə də çox əziyyət çəkəcəkdik. Çünki aralarında tək bir həkim var idi, o da bizim şansımıza bizi qəbul etmişdi. Şükür edib davam etdik macəramıza :)