Geriyə dönüb baxdığımızda “bu hadisənin mənə öyrətmək istədiyi nə idi?” deyə veririk sualımızı yoxsa “niyə həmişə mənim başıma gəlir bunlar?” deyirik? Yaşadıqlarımızda həmişə başqalarını günahlandırırıq yoxsa “mən nəyi fərqli edə bilərdim?” deyə düşünürük?
Hamımızın həyatında iz qoyan 2020 keçdi, getdi. Bütün ağrılı, pis hisslərimiz kimi
Bu gün "The biggest little Farm" - "Ən böyük kiçik ferma" adlı sənədli filmə baxdım. Son zamanlar baxdığım ən qəşəng kiçik film idi :) Ferma xəyalımı xatırladım yenə, bir də içimdəki təbiət sevgimi.
Çox dibdə olduğum zamanlarda, heç kəsin və heç nəyin kömək etmədiyi zamanlarda, həyat qarşıma mənə kömək edəcək bir dost çıxarır.
Mən ara sıra İnstagram detoksu edirəm psixologiyamı qorumaq adına