İlk Couchsurfing təcrübəm
Səyahət
İlk couchsurfing təcrübəmizdə evimizi Nicolasa açdıq. Couchsurfingdə onun istəyini qəbul edəndə ilk əvvəl profilinə baxdıq. Referenslər əla idi, bir çox yeri gəzmişdi və tarix professoru idi! woow elədim :) Hər şəy əla idi, qəbul etdik. Və mesajlaşmamızdan sonra bir birimizi instagramda izləməyə başladıq. 1 həftə sonra evimizə gələcəkdi və İnstagramda onu izlədikcə "yox axı, belə professor ola bilməz" deyirdim içimdə :D Çox dəli-dolu biri idi, öz kefində yani :D Belə professor olar? Mən daha rahat biri olmağıma baxmayaraq, sevgilim daha ehtiyatli biridir, ağlıma birşeylər salırdı hər dəfəsində və narahat olduqca girib adamın couchsurfingdə referenslərinə baxıb, rahatlayırdım :) Amma hər şey gözlədiyimdən də əla oldu. O gəldiyi gün mənim Edinburgda konfransım var idi deyə, səhər çox tezdən durmalı və hazırlaşıb qatara yetişməli idim. Dəhşətli dərəcədə yorğun keçmişdi günüm və axşama heç tanımadığım birini qonaq etməli idim. İçimdən bütün günü "niyə buna girişdim axı, mənə bu lazım idi?" deyirdim :D Artıq geri də addım ata bilməzdim. Və Nico gəldi, bütün fikirlərimi gəldiyi andan yox elədi. O qədər pozitiv, gülməli, maraqlı, mehriban və s. biri idi ki, sanki kainat yorğun və enerjisiz olacağımı bildiyi üçün onu bizə qonaq gətirmişdi :)
Nicolas Dublində yaşayan Argentinalıdır. Heç oxşamasa da, Argentinada tarix professorudur :D
Xarici görünüşü, pirsinqləri, tatuları, xarakterinə görə bizim alqılarımızda olan professordan çox uzaqdır :D Amma oturub söhbət edəndə intellektual, Latın Amerikası tarixindən çox bilgili olan bir insan olduğunu anlayırsan. Bundan əlavə bacardıqca hər yerə səyahət edir və səyahət etdiyi, yaşadığı ölkələrdə çoxlu fərqli işlərdə işləyir. Nicos bizim alışdığımızdan çox fərqli biridir əslində, amma o qədər əyləncəli, mehriban və intellektual idi ki, ooohh nə yaxşı couchsurfingə başladıq və ilk qonağımız elə o oldu dedik :) Heç ağlıma gəlməyən maraqlı, fərqli və əyləncəli məlumatlar aldım Latın Amerikası barəsində. Sırf bu öyrəndiklərimizdən sonra Latın Amerikasına səyahət planımız "Bucket list"imizdə yuxarıya çıxdı. Eyni zamanda Azərbaycanla çox maraqlanırdı və biz də ona öz mədəniyyətimizdən, tariximizdən bir az danışdıq.
Çox gözəl təcrübə idi, 2-3 gün öncə sosial fobiyamın üstündə işləmək qərarı vermişdim özümə. Sosial fobiyamla bağlı o qədər həm pis, həm maraqlı anlarım var ki :D (Bəlkə bir gün onlar haqqında da bir az yazaram) Bunun üstəsindən gəlməyi yaşadığım bəzi hadisələrdən sonra məqsəd etmişdim özümə. Nicolas da elə öz üzərimdə işləməyə başladığım vaxtda gəldi və mən fobiyamın üstünə getmək üçün bunun da əla bir fürsət olduğunu anladım. Bu təcrübənin bizə çox köməyi oldu, ilk postumda couchsurfingin faydalarından yazmışam və bütün o faydaları yaşadıq. Məncə qısa həyatımızı yeni insanlar, fərqli təcrübələrlə rəngləndirmək öz əlimizdədir və bacardıqca bu fürsətləri dəyərləndirməliyik.
Bu arada Nicos payıza doğru Azərbaycana gəlməyi planlayır. Məncə imkanı olan ona evini açıb, onunla tanış olmaq fürsətini qaçırmasın, çox əylənəcək, çoxlu maraqlı məlumatlar alacaqsınız, həm də İngiliscə və ya İspancasını inkişaf etdirmək istəyənlər üçün də gözəl fürsətdir :)